İstanbul nəhəngi autsayderlə bacarmadı

02:55 - 14 May 2015

"Fənərbaxça" xal itkisiylə üzləşdi
 
Türkiyə Superliqasında 31-ci turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Avropa Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Trabzonspor” doğma meydanda “Bursaspor”a qalib gəlib.
 
“Kayzeri Ərciyəsspor”la qarşılaşan “Fənərbaxça” evdə xal itkisi ilə üzləşib. “Qalatasaray”la çempionluq uğrunda mübarizə aparan İstanbul klubu oyundan bir xalla ayrılıb. “Qaziantepspor” komandası isə doğma meydanda “çaykur Rizespor”a uduzub.
 
 
 
Türkiyə Superliqası, 31-ci tur
 
 
“Trabzonspor” – “Bursaspor”  1:0
Qol:
Özər, 46
 
“Fənərbaxça” – “Kayseri Ərciyəsspor”  1:1
Qollar:
Egemen, 2 - Zoua, 6
 
“Qaziantepspor” – “Çaykur Rizəspor”  1:2
Qollar:
Kadah, 24-pen - Demir, 50, Lafferti, 79

Xəbər xətti