Arda Turan "Fənərbaxça"ya baş çəkdi

03:15 - 14 May 2015

Türkiyəli futbolçu basketbolçularla görüşdü
 
Türkiyə milli komandasının və “Atletiko” klubunun üzvü Arda Turan Madriddə “Fənərbaxça” heyətini ziyarət edib.
 
Sportal.az xəbər verir ki, türkiyəli futbolçu bu barədə şəxsi “İnstagram” səhifəsində məlumat yayıb.
 
Avroliqada yarımfinal oynayan “Fənərbaxça” basketbol komandasının İspaniyadakı düşərgəsinə gedən Arda liseydən sinif yoldaşları olan basketbolçular Oğuz Savaş və Semih Erdenlə səkil çəkdirib.

Xəbər xətti