Rumıniya Bakıya 200 idmançı göndərir

13:57 - 14 May 2015

Avropa Oyunlarında iştirak edəcək

 

Rumıniyadan təxminən 200 idmançı iyunun 12-28-də Azərbaycanda keçiriləcək I Avropa oyunlarında iştirak edəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu bildirib. 
Onun sözlərinə görə, atletlərlə birgə Bakıya Rumıniyanın Milli Olimpiya Komitəsinin rəhbərliyi də gələcək.

 

Səfir, həmçinin qeyd edib ki, oyunların açılış mərasimində iştirak etmək üçün Rumıniyanın yüksək səviyyəli nümayəndə heyətinin Bakıya gəlməsi planlaşdırılır.

 

Bu oyunlardan gözlənilən uğurlar haqqında danışan D.K.Çobanu bildirib ki, Rumıniya gimnastika, avarçəkmə və velosiped idman növlərində medal qazanacağına ümid edir. (Report)

Xəbər xətti