Türkiyə liqasında növbəti qalmaqal VİDEO

03:10 - 15 May 2015

“Ərzurumspor” – “Sakaryaspor” matçında azarkeşlər meydana axışdı
 
Türkiyə 3-cü Liqasının qrup mərhələsinin pley-off qarşılaşmasında qalmaqal baş verib.
 
Sportal.az xəbər verir ki, “Ərzurumspor” - “Sakaryaspor” arasında qolsuz bərabərə başa çatan oyunda azarkeşlər aranı bir-birinə qatıblar.
 
Belə ki, meydana axışan azarkeşlər qonaq komandanın futbolçularına təzyiq göstərmək istəyiblər. Polis dəstəsinin araya keçdiyini görən fanatlar daha da çılğınlaşıblar. Tribunada oturacaqları sındıran azarkeşlər onların parçalarını polis əməkdaşlarına atıblar.
          
 

Xəbər xətti