"Traktorsazi" çempion ola biləcək?

13:06 - 15 May 2015

Mövsümün son turu

 
Bu gün İran çempionatında 2014-2015 mövsümünə yekun vurulacaq.
 
 
Sportal.az xəbər verir ki, hazırda lider "Traktorsazi" sadəcə top fərqində ikinci yerdə qərarlaşan "Naft Tehran"dan üstündü.  Hər iki komandanın aktivində 57 xal var. Üçüncü pillədə qərarlaşan "Sepahan" isə 56 xala malikdi. 
 
 
Bu gün İran Pro Liqasında sonuncu turdu Cənubi Azərbaycanın fəxri "Tractorsazi" ikinci yerdə qərarlaşan "Naft Tehran"ı qonaq edəcək. Əgər bu matçda qalib gələcəyi təqdirdə "Traktorsazi" ilk dəfə İran çempionu olacaq. Təbriz klubunu heç-heçə də qane edə bilər. Bunun üçün "Sepahan"ın "Saipa" ilə oyunda xal itirməsi lazımdı.
 
 
 
15 may
 
İran çempionatı
 
20:00 Traktorsazi - Naft Tehran

Xəbər xətti