27 yaşlı futbolçu “Borussiya”ya üz tutur
Leverkuzen “Bayer”inin aparıcı üzvü Qanzalo Kastro klubla müqaviləni yeniləməkdən imtina edib.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçunun leverkuzenlilərlə müqaviləsi gələn yayda başa çatacaq.
“Bayer”in təklifini qəbul etməyən almaniyalı yarımmüdafiəçinin mövsüm başa çatandan sonra Dortmund “Borussiya”sına keçəcəyi iddia olunur. Məhz buna görə, Qanzalo Kastro Leverkuzen tımsilçisiylə müqaviləni uzatmayıb. Cari mövsüm “Bayer”in heyətində 30 oyun keçirən futbolçu 2 qol vurub və 7 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi