İkinci Avropa Oyunlarının məkanı müəyyənləşdi

19:13 - 15 May 2015

4 ildən sonra...

 

Hollandiya 2019-cu ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi edəcək.

 

Sportal.az xəbər verir ki, Avropa Olimpiya Komitəsinin (AOK) İdarə Heyətinin Türkiyənin Antalya şəhərində keçirilən 36-cı iclasında Avropanın 50 ölkəsinin nümayəndəsi qatılıb.

 

Toplantıda AOK-un prezidenti Patrik Hikki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) baş katibi Qunilla Lindberq və Milli Olimpiya Komiktələrinin rəsmiləri iştirak ediblər.

 

İclasda keçirilən səsvermədə 2-ci Avropa Oyunlarının keçiriləcəyi məkan Hollandiya seçilib.

 

Qeyd edək ki, 1-ci Avropa Oyunları 12-28 iyun tarixlərində Bakıda keçiriləcək.

Xəbər xətti