Təbriz klubu çempionluğu belə əldən verdi VİDEO

00:20 - 16 May 2015

"Traktor Sazi" üstünlüyü sona qədər qoruya bilmədi
 
Bu gün İran çempionatında 2014/2015 mövsümünə yekun vurulub.
 
Sportal.az xəbər verir ki, son tura kimi lider olan Təbrizin "Traktor Sazi" klubu öz meydanında  "Naft Tehran"ı qəbul edib. 
 
Azərbaycan klubu bu matçda qalib gələcəyi təqdirdə ilk dəfə İran çempionu olacaqdı. Ancaq Təbriz təmsilçisi buna nail ola bilməyib.  Hesabda 3:1 hesabı ilə irəlidə olan "Traktor Sazi" üstünlüyünü sona kimi qorumağı bacarmayıb. 64-cü dəqiqə azlıqda qalan komanda qalan dəqiqələrdə iki qol buraxıb. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Bu nəticə ilə xalını 58-ə yüksəldən "Traktor Sazi" turniri ikinci pillədə başa vurub.
 
Son turda doğma meydanda "Saypa"ya 2:0 hesabı ilə qalib gələn "Sepahan" İran çempionu olub. "Naft Tehran" isə turniri üçüncü pillədə başa vurub.

Xəbər xətti