Pepe Reyna yenidən “Napoli”yə üz tutur
“Bavariya” klubunun qapıçısı Pepe Reyna yenidən İtaliyaya qayıda bilər.
Sportal.az xəbər verir ki, vaxtının çoxunu ehtiyatda keçirən 32 yaşlı ispaniyalı qolkiper münhenlilərin düşərgəsini tərk etmək istəyir.
İtaliya mətbuatının yaydığı xəbər görə, “Napoli” klubu yenidən qapıçını qaytarmağa çalışır. İtaliya təmsilçisi “çərçivə” qoruyucusuna 2018-ci ilə qədər müqavilə bağlamağı təkilf edib.
Qeyd edək ki, Pepe Reyna cari mövsüm “Bavariya”nın heyətində 3 oyun keçirib.
saytlarin hazirlanmasi