PSV-ni çempion edən Koku ən yaxşı seçildi
	 
	Hollandiyada ilin ən yaxşı baş məşqçisi Filip Koku seçilib.
	 
	Sportal.az xəbər verir ki, cari mövsüm PSV-yə erkən çempionluq qazandıran gənc mütəxəssis peşəkar məşqçilərin seçiminə görə ilin ən yaxşısı olub.
	 
	2013-cü ildə PSV-yə baş məqşçi təyin olunan Koku uğursuz keçən ilk ilin ardından bu mövsüm klubu “Ayaks”ın önündə 10 xal fərqlə çempion edib. 22-ci dəfə çempion olan eyndhovenlilər ən son 2008-ci ildə bu sevinci yaşamışdı.
	 
	Hollandiyada 2003/04 mövsümündən etibarən verilməyə başlanan Rinus Mişel adına mükafatı Quus Hiddink, Lui Van Qal, Ronald Kuman və Frank de Bur kimi tanınmış mütəxəssislər də qazanıb.
                      
saytlarin hazirlanmasi