Təbriz klubunun matçında ara qarışdı, yaralılar var FOTOLAR

12:56 - 16 May 2015

Qırmızı vərəqə aldı...

 

Xəbər verdiyimiz kimi, İran Liqasında 2014/15 mövsümünə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, 57 xalla turnir cədvəlinə başçılıq edən Təbrizin "Traktorsazi" klubu öz meydanında eyni xala malik "Neft"i (Tehran) qəbul edib. "Traktorsazi" 3:1 hesabı ilə öndə olsa da "Neft" 2 qol vuraraq hesabı bərabərləşdirməyə nail olub.

 

"Traktorsazi"nin oyunçusunun 67-ci dəqiqədə qırmızı vərəqə almasından sonra da meydanda etirazlar qızışıb, polislə tamaşaçılar arasında ciddi qarşıdurma baş verib. Onlarla yaralı var. Meydan gecə boyu polislər tərəfindən əhatəyə alınsa da, Təbriz sakinləri onların ərazidən uzaqlaşmasını tələb edib.

 

Xəbər xətti