Millimiz Sloveniyaya yenə şans vermədi

13:28 - 16 May 2015

Sınaq matçı

 

Avropa çempionatının pley-off mərhələsi çərçivəsində Slovakiya ilə keçiriləcək qarşılaşmaya və Avropa Oyunlarına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti sınaq matçını keçirib.

 

Sportal.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri paytaxtımızda hazırlıq keçən Sloveniya yığması ilə ikinci dəfə güclərini yoxlayıblar.

 

Komandamız ilk görüşdə olduğu kimi, bu dəfə də asan qələbəyə sevinib. Voleybolçularımız rəqibə set vermədən qələbə qazanıblar – 3:0.

 

Qeyd edək ki, millimiz Sloveniya ilə keçirdiyi ilk yoxlama görüşündə də 3:0 hesablı qələbə qazanıb.

Xəbər xətti