Tərlan Əhmədov: "Belə hallar bizi bir sıra addımlar atmağa vadar edir"

20:39 - 16 May 2015

"Yaxın günlərdə həmin qərarlarla tanış olacaqsınız"
 
Azərbaycan Premyer Liqasının XXXIV turu “Xəzər Lənkəran” üçün uğurlu alındı. Cənub təmsilçisi AZAL-ı 1-0 hesabı ilə məğlub etdi.
 
Sportal.az xəbər verir ki, AZAL-ın baş məşqçisiTərlan Əhmədov məğlubiyyətə belə şərh verib:
 
“Qısa danışacağam. Komanda üçün hər bir qələbə çox vacibdir. Biz yaradılan qol epizodlardan yararlana bilmiriksə, uşaq səhvlərindən sonra qol buraxırıqsa, ola bilər ki, bir neçə oyunçudan imtina edib, son iki turda gənclərə güvənim. Bəzi səhvlər bağışlanmazdır. Belə hallar bizi  bir sıra addımlar atmağa vadar edir. Yaxın günlərdə həmin qərarlarla tanış olacaqsınız”.
 

Xəbər xətti