Yunis Hüseynov: "İlk hissədə yaxşı oynamadıq"

20:44 - 16 May 2015

"Qarşıdakı oyunlara hazırlaşmalıyıq"
 
Azərbaycan Premyer Liqasının XXXIV turu “Xəzər Lənkəran” üçün uğurlu alındı. Cənub təmsilçisi AZAL-ı 1-0 hesabı ilə məğlub etdi.
 
Sportal.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov qələbəyə belə şərh verib: “İlk hissədə yaxşı oynamadıq. İkinci hissədə isə baxımlı  futbol sərgilədik və qol vurduq. Futbolçuları təbrik edirəm. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.
 
 

Xəbər xətti