"Məğlub olmağımıza baxmayaraq, komandamızın çıxışından razı qaldım"
Premyer Liqanın 34-cü turunda "Sumqayıt" səfərdə "Qarabağ"a 1:0 hesabı ilə məğlub oldu.
Sportal.az xəbər verir ki, "kimyaçılar"In baş məşqçisi Aqil Məmmədov qarşılaşmaya belə şərh verib:
"Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Məğlub olmağımıza baxmayaraq, komandamızın çıxışından razı qaldım. Şahin Əliyev, Budaq Nəsirov kimi oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Növbəti mövsüm hansı dəyişikliklərin olacağını deyə bilmərəm. Əgər yaxşı nəticə qazanmaq istəyiriksə, dəyişikliklər etməliyik. Konkret məqsədlər uğrunda mübarizə aparmaq istəyirik".
saytlarin hazirlanmasi