Komanda sabah bir araya gələcək
Doğma meydanda dünən AZAL klubu üzərində minimal hesabla qələbə qazanan “Xəzər Lənkəran” oyundan sonra sərbəst buraxılıb.
Sportal.az xəbər verir ki, komanda bu gün istirahət edəcək. Sabah isə yenidən bir araya gələcək komanda Lənkəranda bir neçə gün ərzində hazırlaşacaq. Qeyd edək ki, “Xəzər Lənkəran” Premyer Liqanın XXXV turu çərçivəsində, may ayının 22-də “Sumqayıt” klubu ilə səfərdə qarşılaşacaq.
saytlarin hazirlanmasi