Boatenq ardıcıl məğlubiyyətlərə aydınlıq gətirdi
Almaniyada ölkə çempionluğunu iki həftə əvvəl elan etmiş “Bavariya” Bundesliqanın 33-cü turunda səfərdə “Frayburq”la qarşılaşıb.
Sportal.az xəbər verir ki, Münhen təmsilçisi hesabda öndə olmasına baxmayaraq sonda məğlubiyyətə uğrayıb. “Frayburq”a 2:1 hesablı yenilginin ardından “Bavariya” klubunun müdafiəçisi Jerom Boatenq münhenli azarkeşlərə səslənib:
“Əslində biz baxımlı oyun göstərmək istəyirik. Hesabda irəlidə olarkən nəticəni qorumaq üçün cansıxıcı oyun göstərərdik. Bizim açıq oyuna üstünlük verməyimiz rəqibin işini asanlaşdırdı. Onlar ikici qolu son dəqiqələrdə vuraraq qələbə qazandılar. Ardıcıl məğlubiyyətlərə görə “Bavariya” azarkeşlərindən üzr istəyirik”.
saytlarin hazirlanmasi