Boksçumuz rusiyalı rəqibi ilə bacarmadı

17:05 - 17 May 2015

Viktoriya İsmayılova məğlubiyyətlə üzləşdi
 
Çin Xalq Respublikasının Taypey şəhərində yeniyetmə və gənc qızlar arasında dünya birinciliyinə start verilib.
 
Sportal.az xəbər verir ki, yarışda ölkəmizi İlham Alimcanovun rəhbərliyi altında 3 boksçu təmsil edir.
 
Turnirin ilk günündə 51 kq çəki dərəcəsində mübarize aparan Viktoriya İsmayılova rinqə çıxıb. Boksçumuz rusiyalı Qeluisa Qaliyevaya uduzaraq, yarışdan kənarda qalıb - 0:3.
 
Digər boksçularımız hələ ilk döyüşlərini keçirməyiblər.

Xəbər xətti