Derbi öncəsi "Qalatasaray"da ciddi itki

18:50 - 17 May 2015

Səlcuk İnan "Beşiktaş"la qarşı oynamayacaq
 
Türkiyə Superliqasının 32-ci turunda “Gənclərbirliyi” qarşılaşmada “Qalatasaray”ın kapitanı Səlcuq İnan ciddi zədə alıb.
 
Sportal.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi iki həftə yaşıl meydanlardan kənarda qalacaq.
 
Arxa əzələsində şiş əmələ gələn futbolçu “Beşiktaş” derbisində komandasına kömək edə bilməyəcək. İstanbul derbisində “Cim-Bom”un itkisi bununla yekunlaşmır. Müdafiəçi Çedjunun da zədəsi tam olaraq sağalmayıb və afrikalı futbolçunun oynayıb-oynamayacağı hələ bilinmir.

Xəbər xətti