Recep Tayip Erdoğan: "Kayseri komandalarını anlamıram"

20:34 - 17 May 2015

"Kayserispor"a Superliqada uğurlar arzulayıram"
 
Bu gün Kayseridə səfərdə olan Türkiyə prezidenti Recep Tayip Erdoğan şəhərin komandaları haqda maraqlı fikirlər söyləyib.
 
Sportal.az onun fikirlərini təqdim edir:
 
"Kayseri şəhərinin komandalarını anlamıram. Biri yüksək liqaya vəsiqə qazanır, digəri aşağı liqaya düşür. Bunda da bir hikmət var. "Kayserispor"a Superliqada, "Kayseri Erciyesspor"a PTT I Liqada uğurlar arzulayıram".

Xəbər xətti