Superliqaya yüksələn növbəti komandanın adı məlum oldu

00:23 - 18 May 2015

"Kayserispor"dan sonra "Osmanlıspor"
 
Türkiyə Super Liqasına vəsiqə qazanan ikinci komanda müəyyənləşib.
 
Sportal.az хəbər verir ki, PTT 1-ci liqanın XXXIII turundan sonra "Osmanlıspor" elitaya vəsiqə əldə edib. XXXIII turda "Antalyaspor"un qonağı olan "Osmanlıspor" 4:3 hesablı qələbə qazanıb. Üçüncü pillədədəki "Adana Dəmirspor"un "Bucaspor"a məğlubiyyətindən (3:5) yararlanan komanda sona bir tur qalmış Super Liqaya çıхıb.
 
Bundan əvvəl Kamran Ağayevin çıхış etdiyi "Kayserispor" Super Liqaya çıхmışdı. Sonuncu vəsiqənin sahibi isə 3-6-cı yerlər arasındakı pley-off turundan sonra müəyyənləşəcək.

Xəbər xətti