25-ci dəfə fərqlənib
Zaqatalanın “Simurq” klubunun futbolçusu Draqan Çeran Topaz Premyer Liqasında yubiley qolunu vurub.
Sportal.az xəbər verir ki, 34-cü turun “Bakı” ilə ev oyununda dubla imza atan serbiyalı 25-ci dəfə fərqlənib. Ötən mövsüm 31 matçda 11 qol vuran hücumçu cari çempionatdakı 25-ci oyunda 14-cü dəfə rəqib qapısına yol tapıb.
25-ci qolunu vuran Draqan “Simurq”un Premyer Liqada ən məhsuldar futbolçusu Vladimir Mazyarın rekorduna da yaxınlaşıb. Ukraynalıdan 3 top geri qalan Çeran bu siyahıda 2-cidir.
saytlarin hazirlanmasi