Robert Prosineçki "Qarabağ"ı təbrik etdi

11:31 - 18 May 2015

Uğurlar arzulayıb

 

Premyer Liqanın XXXIV turu çərçivəsində mayın 16-da “Bakcell Arena”da "Sumqayıt" komandasını 1:0 hesabı ilə məğlub edən "Qarabağ" klubu çempionatın sonuna 2 tur qalmış ölkə çempionluğunu təmin edib. 

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "Qarabağ" klubunu təbrik edib, UEFA Çempionlar Liqasında uğurlar arzulayıb.

Xəbər xətti