Konstantin Abramenkonun xatirəsinə həsr olunmuş turnir keçirilib

13:24 - 18 May 2015

10 komanda mübarizə aparıb

 

Təhsil" Respublika İdman mərkəzinin Gəncə filialının AFFA tərəfindən salınmış süni örtüklü meydançasında Azərbaycanın əməkdar məşqçisi, tanınmış uşaq futbolu mütəxəssisi mərhum Konstantin Maksimoviç Abramenkonun xatirəsinə həsr olunmuş turnir keçirilib.

 

Sportal.az xəbər verir ki, yarışdan öncə veteran futbolçular və şəhər idman ictimaiyyətinin nümayəndələri mərhum məşqçinin məzarını ziyarət edib.

 

AFFA-nın dəstəyi ilə keçirilən turnirdə 10 komanda mübarizə aparıb. “Gənclərbirliyi” yarışın qalib olub. Turnirin son oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. "Kəpəz" klubunun prezidenti Mehman Allahverdiyev yarışın keçirilməsinə dəstək verdiyi üçün AFFA-ya təşəkkürünü bildirib.

 

Futbolçulara AFFA tərəfindən diplom, medal, hədiyyələr və kubok təqdim olunub.

Xəbər xətti