"Fənərbaxça"nın avtobusunda partlayıcı şoku FOTO

14:59 - 18 May 2015

32-ci turun matçından sonra...

 

Türkiyə Super Liqasının 32-ci turunda qalmaqallı olay yaşanıb.

 

Sportal.az xəbər verir ki,  “Mersin İdman Yurdu” komandası ilə qarşılaşan "Fənərbaxça"lılar matçdan sonra şoka düşüblər. 

 

Belə ki, “Fənərbaxça” komandasına aid, oyunçuları daşıyan avtobusda partlayıcı qurğu olması barədə məlumat daxil olub. 

 

Dərhal hadisə yerinə polis və xüsusi təlim görmüş itlər cəlb olunub. Aparılan axtarış nəticəsində avtobusda hər hansı bir partlayıcı qurğu aşkarlanmayıb. 

 

“Fənərbaxça” ilə “Mersin İdman Yurdu" arasında baş tutmuş qarşılaşma isə 1:0 hesabla birincinin qələbəsi ilə başa çatıb. 

 

Xatırladaq ki, daha əvvəl Trabzondan qayıdarkən “Fənərbaxça” komandasının avtobusu silahlı hücuma məruz qalmış və sürücü yaralanmışdı. Ötən həftə isə komandanın kapitanı Emre Belözoğlu avtomobil bərəsində “Beşiktaş” azarkeşlərinin hücumuna məruz qalmışdı.

 

Xəbər xətti