Yunis Hüseynov bu gün Azərbaycanı tərk edir

19:02 - 18 May 2015

"Xəzər Lənkəran" transfer çalışmalarına start verir
 
Bu gündən "Xəzər Lənkəran" növbəti mövsüm üçün transfer çalışmalarına başlayır.
 
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, komandanın idman direktoru Yunis Hüseynov, tərcüməçi Elvar Quliyev və zədəli futbolçu Sadio Tounkara bu gün gecə saatlarında Maliyə yola düşəcəklər. Komanda rəsmiləri Malidə futbolçu seçimi ilə məşğul olacaqlar. 10 günlük Mali səfərindən sonra klub rəsmiləri işlərini Portuqaliyada davam etdirəcəklər..

Xəbər xətti