Millimiz reytinq cədvəlində mövqeyini qorudu

00:13 - 19 May 2015

Avropada 8-ci, dünyada 14-cü
 
Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb.
 
Sportal.az xəbər verir ki, hesabat dövründə heç bir oyun keçirməyən Azərbaycan millisi ötən siyahı ilə müqayisədə mövqeyini qoruyub. Belə ki, Faustino Peresin yetirmələri dünyanın 14-cü komandasıdı. Yığmamızın hesabında 1354 xal var.
 
Millimiz 12-ci olan Sloveniyadan 6 xal geri qalır. Komandamız ən yaxın izləyicisi Xorvatiyanı isə 14 xal qabaqlayır. Peresin yetirmələri Avropa yığmaları arasında 8-cidi.
 
Qeyd edək ki, cədvələ İspaniya başçılıq edir – 1922 xal. Braziliyanın 1910 xalla 2-ci olduğu reytinqin 3-cü pilləsində Rusiya yer alıb – 1746 xal.
 

Xəbər xətti