Komanda əvvəlcə şimala, daha sonra Türkiyəyə yollanacaq
AZAL-ın yay hazırlıq planı müəyyənləşib.
Sportal.az xəbər verir ki, Tərlan Əhmədovun çalışdırdığı komanda hazırlığa iyunun 15-də start verəcək. "Təyyarəçilər" həmin ayın 27-dək Bakıda hazırlıq keçəcəklər. Ayın sonunda isə paytaxt klubu Qubaya yollanacaq. Həmin hazırlıq prosesi iyulun 10-dək davam edəcək.
İyulun 16-dan 28-dək isə AZAL-ın Türkiyədə təlim-məşq toplanışında olması nəzərdə tutulub.
saytlarin hazirlanmasi