"Bakı"ya texniki məğlubiyyət verildi, baş məşqçinin stadiona girişinə qadağa qoyuldu

13:19 - 19 May 2015

Aftandil Hacıyev "Qarabağ"ı ziyana saldı
 
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib
 
Sportal.az əvəzedicilərin yarışı və I Divizionda mübarizə aparan komandalar haqda qəbul edilmiş qərarları təqdim edir:
 
15 may 2015-ci il, 2014/2015 mövsümündə, XXXIII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXXIV turunun “Qarabağ” – “Sumqayıt” matçının  57-ci dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Aftandil Hacıyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 500 manat cərimə olunur.
 
15 may 2015-ci il, 2014/2015 mövsümündə, XXXIII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXXIV turunun “Xəzər Lənkəran”  – AZAL  matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
 
14 may 2015-ci il, 2014/2015 mövsümündə, XXXIII Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin XXXIV turunun  “Simurq” – “Bakı” matçında “Bakı”  klubu iştirak etmədiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 2500 manat cərimə olunur.
 
14 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXVIII turunun “Zirə” – “Neftçala” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur. Oyunun 82-ci dəqiqəsində “Zirə” klubunun 92 №-li futbolçusu Bəhram Bəhramzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır,  klub 200 manat cərimə olunur . Oyunun 90+4-cü dəqiqəsində “Zirə” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 200 manat cərimə olunur .
 
14 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXVIII turunun “Şuşa Qarabağ” – “Kəpəz” matçında “Şuşa Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur  . Oyun bitdikdən sonra “Şuşa Qarabağ” klubun baş məşqiçisi Nadir Qasımov meydançaya daxil olaraq geniş kütlə qarşısında hakimlər briqadasına qarşı təhqiramiz ifadələr işlətdiyinə görə 10 oyun stadiona girişinə qadağa qoyulur, klub 2000 manat cərimə olunur
.
15 may 2015-ci il, 2014/2015 mövsümündə, Azərbaycan I divizionun XXVIII turunun “Mil-Muğan” – “Rəvan” matçında “Mil-Muğan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur. Oyunun 85-ci dəqiqəsində “Rəvan” klubunun 25 №-li futbolçusu Tural Nərimanov və “Mil-Muğan” klubunun 5 №-li futbolçusu Samir Babayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 1 oyun cəzalanır, klublar 20 manat cərimə olunur .
 
“Rəvan” klubunun 25 №-li futbolçusu Tural Nərimanov qırmızı vərəqə alaraq meydanı tərk edərkən rəqibə qarşı təhqir edici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanır, klub 200 manat cərimə olunur. Oyunun 78-ci dəqiqəsində “Mil-Muğan” klubunun baş məşqçisi Xaliq Mustafayevin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur 

Xəbər xətti