AFFA hakimi vuran futbolçulara 10 oyunluq cəza verdi

13:41 - 19 May 2015

Klub həmin futbolçuları komandadan uzaqlaşdırdı
 
AFFA İntizam Komitəsi "Qəbələ"nin iki futbolçusunu cəzalandırıb.
 
Sportal.az хəbər verir ki, buna səbəb onların hakimi vurması olub. Belə ki, U-16 liqasının "Neftçi" ilə oyununda "Qəbələ"nin oyunçuları - Murad Qayalı və Akşin Hüseynov hakimə qarşı fiziki təsir göstərib. Hər iki futbolçu buna görə 10 oyunluq cəzalandırılıb.
 
Qeyd edək ki, "Qəbələ" dünən rəsmi açıqlama yayaraq oyunçularının hərəkətini pisləyib, hakimlərdən üzr istəyib və hər iki futbolçunu transferə çıхarıb.

Xəbər xətti