Zədəsini sağaldıb
"Neftçi"nin kapitanı Flavinyo zədəsini sağaldaraq komandaya geri dönüb.
Sportal.az xəbər verir ki, ay yarımdı komandasına kömək edə bilməyən braziliyalı yarımmüdafiəçi artıq kollektivə qoşulub. Həmçinin, Almaniyada “mensk” əməliyyatı keçirən müdafiəçi Məqsəd İsayev də komanda ilə birlikdə məşqlərdə iştirak edir.
Qeyd edək ki, hər iki futbolçu Premyer Liqanın XXXV turu çərçivəsində “Bakı” ilə mayın 22-də baş tutacaq qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.
saytlarin hazirlanmasi