"Volfsburq"dan idman direktoruna yeni təklif

01:21 - 20 May 2015

“Canavarlar” Klaus Allofsla 3 illik müqavilə bağlamaq istəyir    
 
“Volfsburq” rəhbərliyi klubun idman direktoru Klaus Allofs ilə müqaviləni uzatmağa hazırlaşır.
 
Sportal.az xəbər verir ki, klub rəhbərliyi cari mövsüm komandanın uğurlu çıxışını Klausun futbolçu seçimini düzgün aparmasında görüb.
 
Məhz idman direktorunun sayəsində Kevin de Brayn, Andre Şürrle, İvan Pereşiç və Luis Qustavo kimi futbolçular üzə çıxıb. Bundesliqada ikinci pillədə qərarlaşan “canavarlar” növbəti mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparcaq. Klaus Allofsun işinə yüksək qiymət verən klub rəhbərliyi idman direktoruna yenidən 3 illik müqavilə təklif edib.     

Xəbər xətti