Sərgən Yalçın: "Allah sənin bəlanı versin!"

01:46 - 20 May 2015

"Sivasspor”un baş məşqçisi hakimdən narazı qaldı
 
Türkiyə ölkə kubokunun yarımfinal mərhələsində “Sivasspor” evdə “Qalatasaray”ı qəbul edib.
 
Sportal.az xəbər verir ki, ilk qarşılaşmada doğma meydanda rəqibinə 4:1 hesabı ilə qalib gələn “sarı-qırmızılılar” səfərdə məğlub olub.
 
İstanbul təmsilçisinin 2:1 hesabı ilə uduzduğu görüşdə “Sivasspor”un baş məşqçisi Segen Yalçın hakimdən narazı qalıb. 82-ci dəqiqədə ev sahibləri hesabda 2:0 öndə olarkən Sisinyonun müdaxiləsindən sonra Yasin Öztəkin yerdə qalıb.
 
Həmin epizodu hakim penalti olaraq dəyərləndirəndə Sergen Yalçın özündən çıxaraq belə deyib: “Allah sənin bəlanı versin!" 

Xəbər xətti