Taekvondo yığmamız vətənə qızıl medalla qayıtdı

02:55 - 20 May 2015

Radik İsayev dünya çempionu oldu
 
Rusiyanın Çelyabinsk şəhərində taekvondo üzrə dünya çempionatında iştirak edən Azərbaycan yığma komandası vətənə qayıdıb.
 
Sportal.az xəbər verir ki, komandamızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Taekvando Federasiyasının rəhbərliyi, məşqçilər və idmançının yaxınları qarşılayıblar. Bu yarışda bütün rəqiblərini məğlub edən Radik İsayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.  
 
Qeyd edək ki, İsayev 87 kq çəki dərəcəsində dünya çempionu adını qazanıb.

Xəbər xətti