"Beşiktaş" Prosineçkini istəyir

11:28 - 20 May 2015

Prosineçki bu posta ən real namizədlərdən biridir
 
Millimizin baş məşqçisi Türkiyənin "Beşiktaş" klubundan təklif alıb.
 
Sportal.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin "fanatik"qəzeti yayıb. Yayılan məlumata görə Prosineçki ilə ilkin danışıqlar da aparılıb və millimizin Prosineçki bu posta ən real namizədlərdən biridir.
 
Belə ki, Superliqada sona 2 tur qalmış çempionluq mübarizəsindən kənarda qalan "Beşiktaş” hazırkı baş məşqçi Slaven Biliçlə yolları ayıracaq. Belə olan halda, yeni məşqçi axtarışına çıxan "Beşiktaş” rəhbərliyi 5 nəfər namizəddən ibarət siyahı tərtib edib. Şenol Günəş, Mustafa Dənizli, Mirça Luçesku və Luis Felipe Skolari ilə yanaşı, Prosineçkinin də adı həmin siyahıda yer alıb.
 
Qeyd edək ki, millimizin baş çalışdırıcısı, məşqçilik karyerası ərzində Türkiyənin "Kayserispor", Serbiyanın "Srvena Zvezda" komandalarını çalışdırıb. O, Xorvatiya millisində Slaven Biliçin koməmkçisi vəzifəsində də çalışıb.

Xəbər xətti