Şəmkirdə Avropa Oyunlarının məşəli yandırılmayacaq

12:35 - 20 May 2015

"Alov festivalı" təxirə salınıb
 
Bu gün "Bakı-2015" Avropa oyunları münasibətilə Şəmkirdə planlaşdırılan "Alov festivalı" dünən Bakının Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar olaraq təxirə salınıb.
 
Sportal.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumata verib.
 
"Məşəl sadəcə proqrama əsasən regiondan keçəcək", - deyə S. Məmmədova bildirib.  
 
Qeyd edək ki, mayın 19-da Bakıda yaşayış evində baş vermiş yanğın nəticəsində 14 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Xəbər xətti