"Azərbaycanla görüş bizim ciddi sınaq olacaq"
"Avro-2016"nın seçmə mərhələsində bizi Danimarka ilə çətin oyun gözləyir. Portuqaliya ilə oyunla müqayisədə bu görüşdə heyətdə kiçik dəyişikliklər olacaq".
Sportal.az xəbər verir ki, bu sözləri Serbiya millisinin baş məşqçisi Radovan Çurçiç deyib.
Serbiya mətbuatına danışan 43 yaşlı mütəxəssis gələn ay Azərbaycan millisi ilə keçirəcəkləri yoxlama oyununa da toxunub: "Azərbaycanla oyuna hazır olmalıyıq. Çünki Portuqaliya ilə matçda hansı futbolçunun hədəflərimizə uyğun olduğunu müəyyən etmək üçün kifayət qədər vaxtımız oldu. Bu mənada Azərbaycanla görüş bizim ciddi sınaq olacaq. Rəqib komandanın baş məşqçisi Robert Prosineçki orada yeniliklər edib. Azərbaycan yığması asan komanda deyil. Bu matçı yüksək əhval-ruhiyyədə keçirmək və Danimarka ilə matça yaxşı hazırlaşmaq istəyirik".
Qeyd edək ki, iyunun 7-də Avstriyada keçiriləcək Serbiya - Azərbaycan yoxlama oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi