"Başımız sağolsun"
Madrid"Atletiko"sunun türkiyəli futbolçusu Arda Turan Azərbaycan xalqına başsağlığı verib.
Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Bakıda baş vermiş yanğınla əlaqədar "Facebook" səhifəsindən fikirlərini paylaşıb.
Arda həmin səhifədə bu sözləri yazıb: “Başın sağ olsun, Azərbaycan! Başımız sağolsun”.
Qeyd edək ki, dünən Bakıda yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 56 nəfər xəsarət alıb.