Kapitan üçün 300-cü oyuna gedən yol

16:46 - 20 May 2015

35-ci tur əlamətdar olacaq

 

Premyer Liqanın 35-ci turunda keçiriləcək "Sumqayıt" - "Xəzər Lənkəran" matçı qonaqların təcrübəlu futbolçusu Rahid Əmirquliyev üçün əlamətdar olacaq.

 

Sportal.az xəbər verir ki, bu matç  kapitan Rahid Əmirquliyev üçün "Xəzər Lənkəran" karyerasında 300-cü olacaq.  

 

Qeyd edək ki, "Sumqayıt" - "Xəzər Lənkəran" matçı mayın 22-si saat 18:00-da start götürəcək.

Xəbər xətti