UEFA-dan Cüneyt Çakıra sərt tapşırıq

00:06 - 21 May 2015

Hakimə müsahibə vermək qadağan edildi
 
Çempionlar Liqasının  final matçına təyinat alan türkiyəli hakim Cüneyt Çakıra qadağa qoyulub.
 
Sportal.az xəbər verir ki, UEFA ona final oyununa qədər mətbuata müsahibə verməməyi tapşırıb. Final görüşünə təyinatdan sonra Çakırın telefonu susmaq bilməyib.  Bir çox mətbuat orqanları onda müsahibə almaq istəyib.
 
 UEFA Türkiyə Futbol Federasiyasına ünvanladığı məktubda Çakırın final görüşünə qədər mətbuata müsahibə verməməsini tapşırıb. 
 
Qeyd edək ki, "Barselona" və "Yuventus" komandaları arasında oynanılacaq final qarşılaşması iyunun 6-ı Berlinin "Olimpiya" stadionunda keçiriləcək.

Xəbər xətti