Əhməd Ələsgərov bu gün dəfn olunacaq

12:01 - 21 May 2015

Allah rəhmət eləsin

 
Azərbaycan futbolunun və "Neftçi" tarixinin unudulmaz simalarından hesab olunan Əhməd Ələsgərov bu gün Ukraynanın Odessa şəhərində torpağa tapşırılacaq.
 
Sportal.az xəbər verir ki, dəfn mərasimində "Neftçi" PFK-nın Müşahidə Şurasının üzvü, veteran futbolçu Səməd Qurbanov da iştirak edəcək.
 
Xatırladaq ki, Əhməd Ələsgərov 1966-cı ildə "Neftçi" və 1974-cü ildə Ukraynanın "Çernomorets" klubları ilə SSRİ çempionatının bürünc medallarını qazanıb. 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasını çalışdırıb. Milli komandamızın ilk məşqçisi kimi tarixə düşüb.

Xəbər xətti