Otamendi "qırmızı şeytanlar"da

14:53 - 21 May 2015

La Liqadan Premyer Liqaya

 

"Valensiya"nın müdafiəçisi Nikolas Otamendi karyerasını İngiltərədə davam etdirəcək.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Mançester Yunayted" 27 yaşlı futbolçu ilə ilkin razılıq əldə edib. Otamendi "qırmızı şeytanlar"a 38,2 milyon funt-sterlinqə başa gələcək.

 

Qeyd edək ki, argentinalı futbolçu bu mövsüm "Valensiya"nın heyətində çıxdığı 34 matçda 5 qolla yadda qalıb.

Xəbər xətti