"Onlar cəzalandırılacaq"
İran prezidenti Həsən Ruhani Təbrizə gəlib.
Sportal.az xəbər verir ki, o, yerli vətəndaşlarla görüşdə “Traktor Sazi” - “Naft Tahran” oyununda baş verənlərdən danışıb.
Ölkə başçısı əvvəlcə oyunda yanlış elan edərək “Traktor Sazi”nin çempion olduğunu bildirməklə azarkeşləri aldadanların cəzalandırılacağını bildirib. Ruhani dava salıb ara qarışdıranların da məsuliyyətdən qaça bilməyəcəyini sözlərinə əlavə edib.
Qeyd edək ki, “Traktor Sazi” İran çempionu olmağa yaxın olsa da, Təbriz klubu evdə “Naft Tahran”la 3:3-lük bərabərliyə imza atmaqla şansını əldə buraxıb. Lakin oyundan sonra stadionda yanlış elan olunaraq “Traktor Sazi”nin çempion olduğunu, “Sepahan” klubunun xal itirdiyi bildirilib. Amma sonrada bunun yalan olduğu ortaya çıxıb.
saytlarin hazirlanmasi