Putinin "Bakı-2015"in açılışına gələcəyi dəqiqləşdi

21:40 - 21 May 2015

Bu barədə Rusiya prezidentinin mətbuat xidmətindən məlumat verilib
 
Rusiya prezidenti Vladimir Putin iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.
 
Sportal.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilib ki, bu ilin iyun ayında prezident Vladimir Putinin Azərbaycana səfəri planlaşdırılır: “Vladimir Putin I Avropa Oyunlarının açılış mərasimində iştirakı edəcək”.
 
Kremlin mətbuat xidmətindən qeyd olunub ki, Rusiya prezidentinin Azərbaycana səfərinin təfərrüatları barədə ətraflı məlumat veriləcək. (apa.az)

Xəbər xətti