"Xəzər Lənkəran"a "Sumqayıt"la matçda kim başçılıq edəcək?

00:14 - 22 May 2015

Komandaya Elbrus Məmmədov rəhbərlik edəcək
 
Premyer Liqanın 35-ci turunda "Sumqayıt"ın qonağı olacaq "Xəzər Lənkəran"ı matça kimin baş məşqçi kimi çıxaracağı məlum olub. Belə ki, iki həftədir məşqçilik lisenziyasının vaxtı başa çatdığı üçün baş məşqçi Elbrus Məmmədovu Yunis Hüseynov əvəzləmişdi. Hüseynov isə iki gün öncə futbolçu axtarışına görə Maliyə yollanıb.
 
Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportal.az-a açıqlamasında komandanı oyuna Elbrus Məmmədovun çıxaracağını bildirib. Onun sözlərinə görə, Məmmədov texniki zonada baş məşqçi kimi yox, məşqçi kimi yer alacaq.

Xəbər xətti