"Fənərbaxça" azarkeşləri futbolçuya bıçaq atdı

02:16 - 22 May 2015

“Bursaspor” məğlubiyyəti fanatları qəzəbləndirdi
   
Türkiyə ölkə kubokunun yarmfinal mərhələsinin cavab qarşılaşması olan “Fənərbaxça” – “Bursaspor” matçında qalmaqal baş verib.
 
Sportal.az xəbər verir ki, oyun başa çatan kimi məğlubiyyəti həzm edə bilməyən “sarı-lacivərd”li fanatlar əvvəl komandanın baş məşqçisini istefaya səsləyiblər.
 
Lakin bununla belə əsəblərinə hakim olmayan bir qrup azarkeş soyununb-geyinmə otağına gedən futbolçulara yad əşyalar atıblar. Yad əşyaların arasında ən dəhşətlisi isə bıçaq olub. Həmin qalmaqalda futbolçulardan xəsarət alan olmayıb. 

Xəbər xətti