Portuqaliya millisi "Dalğa Arena"da

16:02 - 22 May 2015

Komanda Bakıda təlim-məşq toplanışı keçəcək
 
Çimərlik futbolu üzrə Portuqaliya milli komandası  Bakı-2015 Birinci Avropa Oyunlarında keçirəcəyi qarşılaşmalara hazırlıq məqsədilə iyunun 16-dan etibarən Bakıda təlim-məşq toplanışında olacaq.
 
Sportal.az xəbər verir ki, Portuqaliya Futbol Federasiyasının müraciətinə əsasən, AFFA bu ölkənin milli komandasına məşqlərin keçirilməsi üçün Mərdəkan qəsəbəsində yerləşən Futbol Mərkəzindəki “Dalğa Arena”nın çimərlik futbolu meydançasını ayırıb. Portuqaliya millisi iyunun 21-dək həmin meydançada hazırlıq keçəcək.

Xəbər xətti