Fərman Orucov bu vəzifəyə gətirildi
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Arif Alışanov öz köməkçisi Fərman Orucovu "İdman Azərbaycan" Televiziyasının direktoru təyin edib.
Sportal.az xəbər verir ki, bu haqda məlumat aznews.az-a Az.TV-dən verilib.
Qeyd edək ki, Fərman Orucov Az.TV-də uzun müddətdi çalışır. O, əvvəlki sədr Nizami Xudiyevin dövründən başlayaraq sədrin köməkçisi vəzifəsində işləyib.
Xatırladaq ki, Fərman Orucov Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər təşkilatının İdarə Heyətinin və Şurasının üzvüdü. O, 2011-ci il noyabr ayının 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.
saytlarin hazirlanmasi