Futbolçunun zədəsi ciddi deyil
"Atletiko"nun futbolçusu Arda Turan zədələnib.
Sportal.az xəbər verir ki, türk yarımmüdafiəçi məşq zamanı zədə alıb. Futbolçu həkimlərin ilk müayinəsindən sonra xəstəxanaya aparılıb. Tibbi müayinədən keçən A.Turanın əzələsinin dartıldığı müəyyənləşib.
Komandanın baş məşqçisi Dieqo Simeone A.Turanın İspaniya La Liqasının "Qranada" ilə görüşündə oynamaq istəyəcəyi təqdirdə ona şans verəcəyini bildirib.
saytlarin hazirlanmasi