Sportal.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “İnter” – “Qarabağ” matçından sonra jurnalistlərə deyib.
R.Musayev gələn mövsüm Premyer Liqada iştirak edəcək komandaların sayı haqda da məlumat verib:
“Onu deyə bilərəm ki, çümpionat gələn mövsüm builkindən maraqlı olacaq. Bunu əminliklə deyirəm. Gələn mövsüm Premyer Liqada ən azı 10 komanda mübarizə aparacaq. Bu rəqəm 12 də ola bilər. Yaxşı sponsor tapsanız, gətirin 12 komanda olsun (gülür).